ELANLAR az / en

16 04 2024


AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA İNSTİTUTU 2024-cü İL ÜÇÜN DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL
ELAN EDİR


Fizika İnstitutu Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na əsasən 2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir:

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya:
“Elektronika” - 2203.01 - əyani - 1 yer
“Nəzəri Fizika”- 2212.01- əyani - 1 yer, qiyabi - 1 yer
“Yarımkeçiricilər fizikası”- 2220.01- əyani - 1 yer, qiyabi - 1 yer

Fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya:
“Kristalloqrafiya, kristallar fizikası” -2223.01- 1 yer

Elmlər doktoru hazırlığı üzrə dissertanturaya:
“Elektronika” - 2203.01 - 3 yer
“Bərk cisimlər fizikası” - 2211.01- 1 yer
“Yarımkeçiricilər fizikası”- 2220.01- 4 yer

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər 16 aprel - 15 may 2024-cü il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fizika İnstitutunda qəbul ediləcək.
Sənəd qəbulunun elektron qaydada həyata keçirmək üçün sənədlər Elm və Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması İdarəsinə (atıs.support@tsii.edu.az) təqdim olunmalıdır.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayında keçirilən xarici dil imtahanını verməlidirlər. Xarici dil imtahanını verənlər Fəlsəfə fənnindən imtahana buraxılırlar.
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya magistratura bitirən və azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olanlar sənəd verə bilər.
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olmaq istəyən şəxslər xarici dildən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayında keçirilən xarici dil imtahanını verməlidir.

Elmlər və Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
- elmi müəssisənin rəhbərinin adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- əmək kitabçasından çıxarış;
- iş yerindən xasiyyətnamə;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

Əlaqə nömrələri: (+994 12) 539 74 23
E-mail: zarifams@gmail.com




12.03.2024


ОБЪЕДИНЕННЫЙ ИНСТИТУТ ЯДЕРНЫХ ИССЛЕДОВАНИЙ ОБЪЯВЛЯЕТ О ПРИЕМЕ ЗАЯВОК НА УЧАСТИЕ В МЕЖДУНАРОДНОМ КОНКУРСЕ ДЛЯ МОЛОДЫХ УЧЕНЫХ JINR POSTDOCTORAL PROGRAMME.

Уважаемые члены Ученого совета ОИЯИ,
Объединенный институт ядерных исследований объявляет о приеме заявок на участие в Международном конкурсе для молодых ученых JINR Postdoctoral Programme.
Мы высоко ценим Ваш вклад в экспертизу научной деятельности института и будем благодарны за содействие в распространении информации о конкурсе среди научно- исследовательских и образовательных организаций.
Ознакомиться с информацией о вакантных должностях и условиями проведения конкурса желающие могут по ссылке:
http://www.jinr.ru/careers/postdoc_programme/
http://www.jinr.ru/careers-en/postdoc_programme_en/

В приложении — информационный постер.


Sergey N. Nedelko

Chief Scientific Secretary
International Intergovernmental Organization Joint Institute for Nuclear Research
6 Joliot-Curie St, 141980, Dubna Moscow Region, Russia
e-mail: main@jinr.ru
Office: +7 496 2165353
mob. : +7 916 3498077


05 04 2024


AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA İNSTİTUTU AŞAĞIDAKI GÖSTƏRİLƏN VAKANT VƏZİFƏLƏRİ TUTMAQ ÜÇÜN MÜSABİQƏ
ELAN EDİR


1.1 "Yarımkeçiricilərdə və yarımkeçirici nanostrukturlarda köçürmə hadisələri" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 5şt.
1.2 "Yarımkeçiricilərdə aşqarlar" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 3şt.
1.3 "Bərk cisimlərdə rezonans hadisələri" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 3şt.
1.4 "Almazabənzər və çoxkomponentli birləşmələrin optik və transport xassələri" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 7şt.
böyük elmi işçi - 1şt.
1.7 "Kosmik şüa mənbələri fizikası" laboratoriyası üzrə:
aparıcı elmi işçi – 2 şt.
1.8 "Yüksək gərginliklər fizikası və texnikası" laboratoriyası üzrə:
aparıcı elmi işçi – 6 şt.
böyük elmi işçi - 1şt.
1.9 "Ferromaqnit maddələrin rezonans spektroskopiyası" laboratoriyası üzrə:
böyük elmi işçi - 1şt.

2.1 "Nanomaterialların tətbiqi texnologiyaları" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 2şt.
2.2 "Bionanostrukturlar fizikası" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 2şt.
böyük elmi işçi - 1şt.
2.3 "Bərk cisim nəzəriyyəsi" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 2şt.
2.4 "Nanokristallar fizikası" laboratoriyası üzrə:
böyük elmi işçi - 1şt.
2.5 "Qeyri-kristallik yarımkeçiricilərin fizikası və elektronikası" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 10şt.
2.6 "Optoelektronika" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 1 şt.
2.7 "Nazik təbəqəli strukturlar" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 2şt.
2.8 "İnfraqırmızı fotoelektronika və plazma hadisələri" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 4şt.
böyük elmi işçi - 1 şt.
2.10 "Spektroskopik ellipsometriya" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 5şt.
böyük elmi işçi - 2şt.
2.12 "Nüvə və yüksək enerjilər fizikası" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 4şt.
böyük elmi işçi - 1 şt.
2.13 "Dinamik sistemlərdə xaos" laboratoriyası üzrə:
böyük elmi işçi - 1 şt.
2.14 "Materialşünaslıq" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 2şt.
böyük elmi işçi - 1 şt.
2.17 "Kristalloqrafiya" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 6 şt.
böyük elmi işçi - 2şt.
2.18 "Kvant informatikası" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 1şt.

3.1 "Darzolaqlı yarımkeçiricilər və yuxarıtemperaturlu ifratkeçiricilər" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 4şt.
3.2 "Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron proseslərinin fizikası" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 4şt.
böyük elmi işçi - 2şt.
3.4 "Bərk cisim elektronikası" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 5şt.
3.5 "Epitaksial təbəqələr və strukturlar" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 1şt.
böyük elmi işçi - 1şt.
3.6 "Akustooptika" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 1şt.
böyük elmi işçi - 1şt.
3.7 "Kristallofizika" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 6şt.
böyük elmi işçi - 1şt.
3.9 "Nano- və aktiv kompozitlər" laboratoriyası üzrə:
aparıcı elmi işçi - 1şt.
böyük elmi işçi - 1şt.

4.4 "Ensiklopediya və terminologiya" şöbəsi üzrə:
aparıcı elmi işçi - 1şt.

Müsabiqədə elmlər doktorları və fəlsəfə doktorları iştirak edə bilər.
Sənədlər müsabiqənin müvafiq tələblərinə uyğun olaraq bu ünvana göndərilməlidir:
Bakı, Az - 1143, H.Cavid 131, tel.: 539-74-23
Müsabiqənin müddəti elan çap olunduğu gündən etibarən 1 aydır.


22 05 2023


AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ FİZİKA İNSTİTUTU
AŞAĞIDAKI GÖSTƏRİLƏN VƏZİFƏLƏRİ TUTMAQ ÜÇÜN MÜSABİQƏ
ELAN EDİR


1.1 Yarımkeçiricilərdə və yarımkeçirici nanostrukturlarda köçürmə hadisələri laboratoriyası üzrə:
aparıcı elmi işçi - 1şt.
böyük elmi işçi - 1şt.
1.3.Bərk cisimlərdə rezonans hadisələri laboratoriyası üzrə:
aparıcı elmi işçi - 1şt.
1.4 Almazabənzər və çoxkomponentli birləşmələrin optik və transport xassələri laboratoriyası üzrə:
aparıcı elmi işçi - 1şt.
1.8 Yüksək gərginliklər fizikası və texnikası laboratoriyası üzrə:
aparıcı elmi işçi – 2 şt.

2.1 “Nanomaterialların tətbiqi texnologiyaları” laboratoriyası üzrə:
böyük elmi işçi - 1şt.
2.2 Bionanostrukturlar fizikası laboratoriyası üzrə:
böyük elmi işçi - 1şt.
elmi işçi - 1 şt.
2.3 “Bərk cisim nəzəriyyəsi” laboratoriyası üzrə:
aparıcı elmi işçi - 1şt.
2.5 Qeyri-kristallik yarımkeçiricilərin fizikası və elektronikası laboratoriyası üzrə:
böyük elmi işçi - 1şt.
2.6 Optoelektronika laboratoriyası üzrə:
aparıcı elmi işçi - 2 şt.
2.7 Nazik təbəqəli strukturlar laboratoriyası üzrə:
böyük elmi işçi - 1şt.
2.8 İnfraqırmızı fotoelektronika və plazma hadisələri laboratoriyası üzrə:
aparıcı elmi işçi - 1şt.
elmi işçi - 1 şt.
2.10 Spektroskopik ellipsometriya laboratoriyası üzrə:
böyük elmi işçi - 1şt.
2.12 Nüvə və yüksək enerjilər fizikası laboratoriyası üzrə:
böyük elmi işçi - 1 şt.
2.17 Kristalloqrafiya laboratoriyası üzrə:
aparıcı elmi işçi - 1 şt.
böyük elmi işçi - 1şt.
2.18 “Kvant informatikası” laboratoriyası üzrə:
böyük elmi işçi - 1şt.

3.1 Darzolaqlı yarımkeçiricilər və yuxarıtemperaturlu ifratkeçiricilər laboratoriyası üzrə:
aparıcı elmi işçi - 1şt.
böyük elmi işçi - 1şt.
3.5 Epitaksial təbəqələr və strukturlar laboratoriyası üzrə:
aparıcı elmi işçi - 1şt.
3.7 Kristallofizika laboratoriyası üzrə:
aparıcı elmi işçi - 1şt.
3.9 Nano- və aktiv kompozitlər laboratoriyası üzrə:
aparıcı elmi işçi - 1şt.
böyük elmi işçi - 1şt.
3.10 Ferroelektriklər və funksional materiallar laboratoriyası üzrə:
aparıcı elmi işçi - 1şt.

4.4 “Ensiklopediya və terminologiya” şöbəsi üzrə:
aparıcı elmi işçi - 1şt.

Müsabiqədə elmlər doktorları və fəlsəfə doktorları iştirak edə bilər.
Sənədlər müsabiqənin müvafiq tələblərinə uyğun olaraq bu ünvana göndərilməlidir:
Bakı, Az - 1143, H.Cavid 131, tel.: 539-74-23
Müsabiqənin müddəti elan çap olunduğu gündən etibarən 1 aydır.

10 Oktyabr 2022


İNGİLİS DİLİ KURSLARI TƏŞKİL EDİLİR

Azərbaycan Milli Elmlər Akademiyası və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşlığı çərçivəsində akademik ingilis dili kursları təşkil edilir.

İngilis dili sertifikatı olan və ya DİM-in dil imtahanlarından keçərək doktorantura və dissertanturaya qəbul olan əməkdaşlardan kursda iştirak etmək istəyənlər 07.10.2022-ci il tarixinədək Application formanı doldurmalıdır.

Müsabiqədən uğurla keçənlər həftədə 2-3 dəfə ABŞ-dan olan müəllim tərəfindən keçirilən online kurslara qatıla biləcək.

Kursa dair sualların cavablandırılması üçün 3 oktyabr 2022-ci il tarixində saat 15:00-da ZOOM meeting təşkil ediləcək.

Link https://us04web.zoom.us/j/74291377629?pwd=R8QfrJfUEvs3NPvkeOxAF5yeOb21Ea.1
Идентификатор конференции: 742 9137 7629
Код доступа: 8qtrps






02 Iyun 2022

2022-ci il tarixində attestasiyadan keçən əməkdaşların siyahısı

Oxumaq üçün daxil olun



16 May 2022

18 may 2022-ci il saat 09.30 - da Elmi Şuranın iclası keçiriləcək.

GÜNDƏLİY:

1. “Nüvə və yüksək enerjilər fizikası” laboratoriyasının böyük elmi işçisi Faiq Nizami oğlu Əhmədovun Rusiyanın Dubna səh. Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ) ezamiyyəti müddətini 1 il uzadılması haqqında (Arif Həşimov).

2. “Qeyri-standart nəzarət və diaqnostika” laboratoriyasının kiçik elmi işçisi Asif Həmdulla oğlu Əsədovun Rusiyanın Dubna səh. Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ) ezamiyyəti müddətinə 1 il uzadılması haqqında (Arif Həşimov).

3. “Kristalloqrafiya” laboratoriyasının aparıcı elmi işçisi Güləbəstə Məhəmməd qızı Ağamirzəyevanın “Keçid elementləri əsaslı xalkogenidlər” monoqrafiyası haqqında (Arif Həşimov).

4. Fizika İnstitutun laboratoriyalara və şöbələrə təhlükəsizlik üzrə məsul şəxsləri təyin edilməsi haqqında (Rəhim Əliyev).

5. Fizika İnstitutunun doktorantların və dissertantların attestasiyasının nəticələrinin təsdiqi haqqında. (Arif Həşimov).

6. İnstitutun ştatında boş olan laboratoriya rəhbəri (1) və böyük elmi işçi (2) vəzifələri tutmaq üçün (“Elm” qəzeti 17 mart 2022-ci il tarixli elan) müsabiqənin keçirilməsi haqqında (Hüseyn İbrahimov).

7. Professor elmi adı verilməsi haqqında: "Epitaksial təbəqələr və strukturlar” laboratoriyasının baş elmi işçisi fizika üzrə elmlər doktoru Cabir Ibrahim oğlu İsmayılova professor elmi adının verilməsi haqqında (Arif Həşimov).

Carı məsələlər: Elmi və texniki işçilərin attestasiyasının keçirilməsi haqqında (Hüseyn İbrahimov).

14 Aprel 2022


AMEA-da 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edilir (ardı var)

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na və AMEA Rəyasət Heyətinin 1 aprel 2022-ci il tarixli 8/4nömrəli qərarına əsasən 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.
Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər 5 aprel - 5 may 2022-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA-nın müvafiq elmi müəssisələrində qəbul ediləcək.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayında keçirilən xarici dil imtahanından keçid balını toplamalıdırlar.
Xarici dil imtahanında keçid balını toplayan şəxslər sentyabr ayında keçirilən Fəlsəfə fənnindən imtahana buraxılırlar.
Fəlsəfə fənnindən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, dissertant kimi təhkim olunmaq istəyən şəxslər azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayında keçirilən xarici dil imtahanından keçid balını toplamalıdırlar.
Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.
Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.
Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq elmi müəssisələrinə (elmi müəssisələrin ünvanını AMEA-nın www.science.gov.az saytından əldə etmək olar) təqdim olunmalıdır:
- elmi müəssisənin rəhbərinin adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- iş yerindən xasiyyətnamə;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatı olanlara (IELTS, TOEFL, TestDaf, DALF əgər varsa) və ya xarici dildən keçid balını toplayanlara Dövlət İmtahan Mərkəzi tərəfindən verilən təsdiqedici sənəd;
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaf, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar.
Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin ekvivalentliyi Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilir.
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq hüququna fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdir.
Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.
Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.
Elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq elmi müəssisələrinə təqdim olunmalıdır:
- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi və dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı;
- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Əlavə məlumat üçün AMEA-nın Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Doktorantura sektoruna müraciət etmək olar.
Əlaqə nömrələri: (+994 12) 539 20 68, (+994 12) 539 30 60
E-mail: tsh@science.az


26 Yanvar 2022

Hörmətli həmkarlar!



Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu fizikləri akademik L.M. İmanovun 100 illik yubileyinə həsr olunmuş “Molekulyar spektroskopiya” mövzusunda Beynəlxalq Konfransda iştirak etməyə dəvət edir.

Konfrans 2022-ci ilin sentyabr-oktyabr aylarında Şuşa və Bakı şəhərlərində keçiriləcək.

jophphysics@gmail.com e-mailinə göndəriləcək məqalələr 1 may 2022-ci il tarixinədək qəbul olunur.

Göndərilən bütün elmi məqalələr AJP Fizika jurnalının xüsusi buraxılışında nəşr olunacaqlar.

Konfransın dili: azərbaycan, ingilis.


İmanov Lətif Muxtar oğlu 1922-ci il sentyabrın 15-də Şuşa şəhərində anadan olmuşdur. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1954-cü ildə fizika üzrə fəlsəfə doktoru, 1964-cü ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1966-cı ildə isə professor elmi adını almış, 1968-ci ildə AEA-nın müxbir üzvü, 1976-cı ildə isə həqiqi üzvü seçilmişdir.

Əmək fəaliyyətinə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunda başlayaraq elmi işçi, böyük elmi işçi (1944-1954), laboratoriya rəhbəri (1954-1980) vəzifələrində işləmişdir.

Lətif İmanov radiospektroskopiya üzrə tanınmış alimdir. Elmi fəaliyyətinin əsas istiqamətləri olan molekulyar qaz radiospektroskopiyası, dielektrik relaksasiya, elektron-paramaqnit rezonans və nüvə maqnit rezonans spektroskopiyası sahələri üzrə əsaslı elmi nəticələr əldə etmişdir.

L. İmanovun rəhbərliyi ilə mürəkkəb qaz readiospektrometr qurğuları yaradılmış, müxtəlif molekulların və onların izotop formalarının mikrodalğa spektrləri öyrənilmiş, spirt və merkaptan molekullarının yeni dönmə izomerləri aşkar edilmişdir. Alim yaratdığı ölçü qurğuları vasitəsilə üzvi maye və bərk maddələrin tədqiqi sahəsində uğurlar qazanmış, şüşələrin elektron-paramaqnit rezonans spektrini və elektrik xassələrini öyrənmişdir.

Xarici və respublika jurnallarında dərc edilmiş 150-dən çox məqalənin müəllifidir (onlardan 10-u müəliflik şəhadətnaməsidir). Rəhbərliyi ilə 1 elmlər doktoru və 10 fəlsəfə doktoru yetişdirilmişdir.

L.İmanov keçmiş SSRİ EA Spektroskopiya Elmi Şurasının üzvü, Radiospektroskopiya problemi üzrə Respublika Elmi Şurasının sədri olmuşdur.
Əməkdar elm xadimi fəxri adına layıq görülmüşdür (1979).

Akademik Lətif İmanov 1980-ci ildə Bakıda vəfat etmişdir.

27 Yanvar 2022

Hörmətli həmkarlar!



Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu fizikləri akademik M.H. Şahtaxtinskinin 90 illik yubileyinə həsr olunmuş “Kompozisiyalı quruluşlar fizikası” mövzusunda Beynəlxalq Konfransda iştirak etməyə dəvət edir.

Konfrans 2022-ci ilin oktyabr - noyabr aylarında Naxçıvan və Bakı şəhərlərində keçiriləcək.

jophphysics@gmail.com e-mailinə göndəriləcək məqalələr 1 may 2022-ci il tarixinədək qəbul olunur.

Göndərilən bütün elmi məqalələr AJP Fizika jurnalının xüsusi buraxılışında nəşr olunacaqlar.

Konfransın dili: azərbaycan, ingilis.


Şahtaxtınski Məhəmmədəmin Həbibulla oğlu 1932-ci il iyulun 10-da Bakı şə¬hərində anadan olmuşdur. 1956-cı ildə Moskva Energetika İnstitutunu bitirmişdir. 1960-cı ildə fizika üzrə fəlsəfə doktoru, 1968-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1971-ci ildə isə professor elmi adını almış, 1981-ci ildə AEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir.
Akademik M.H. Şahtaxtınskinin bütün əmək fəaliyyəti AMEA Fizika İnstitutu ilə bağlı olmuş, 1961-ci ildə kiçik elmi işçi, 1968-ci ildə böyük elmi işçi, 1968-ci ildə laboratoriya müdiri, 1987-ci ildə isə şöbə müdiri vəzifələrində çalışmışdır.
AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Büro üzvü, Azərbaycan Fizika Cəmiyyətinin prezidenti, Avroasiya Fizika cəmiyyətinin vitse-prezidenti olmuşdur.
M. Şahtaxtınskinin elmi tədqiqatları fizikanın müxtəlif sahələrini əhatə etmişdir. O, yarımkeçiricilər, dielektriklər və metal sistemləri kimi mühüm kompozitlərin mexaniki, istilik, elekrik, elektro- və termolüminessensiya xassələri, sərhəd polyarizasiya prosesləri, elektron-ion və relaksasiya proseslərini kompleks tədqiq etmiş, yeni elmi istiqamətin - kompozisiyalı quruluşlar fizikasının əsasını qoymuşdur.

Rəhbərliyi altında polimer-pyezoelektrik və polimer-yarımkeçirici kimi nizamsız sistemlərdə piro-, pyezoelektrik, elektret, varistor, pozistor, pyezorezistiv, fotoelektrik, fotovoltaik, elektro-fotoxrom və s. effektlərin formalaş¬ması mexanizmləri tədqiq edilmiş, polimer pyezoelektrik kompozitlərdə effektiv elektret yükü və elektret potensiallar fərqinin temperatur və elektrik sahəsinin gərginliyindən asılı olaraq dəyişməsinin mexanizmləri verilmişdir. Kompozit pozistor və varistor materialların alınma metod və texnologiyaları işlənilmiş, kompozit polimer elementlər əsasında elektroakustik çeviricilər, akustik elektronika cihazları, hidroakustik qəbuledici-verici antennalar, opto-akustik çeviricilər, Korotkov ton çeviriciləri, vibro- və seysmoçeviricilər, statik və dinamik təzyiq çeviriciləri işlənib hazırlanmışdır.

M. Şahtaxtınski 250-dən artıq elmi məqalənin, 60 ixtiranın müəllifidir. Rəhbərliyi altında 2 elmlər doktoru və 12 fəlsəfə doktoru yetişdirilmişdir.

M. Şahtaxtınski Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Akademik Məhəmmədəmin Şahtaxtinski 2011-ci ildə Bakıda vəfat etmişdir.