Konfransın Təşkilat
Komitəsi

    1. A.M. Həşimov - sədr
    2. A.M. Paşayev  - sədr
    3. C.Ş. Abdinov
    4. S.İ. Mehdiyeva
    5. N.T. Məmmədov
    6. H.B. İbrahimov
    7. Z.İ. Süleymanov
    8. K.B. Qurbanov

Konfransın Redaksiya
Heyyəti

    1. T.R. Mehdiyev
    2. V.A. Hüseynov
    3. Ş.M. Nağıyev
    4. T.G. Məmmədov
    5. T.K. Nurubəyli
    6. E.R. Həsənov
    7. N.A. Abdullayev
    8. A.Ç. İzmaylov
    9. Z.A. Cahangirli

Məsul
katiblər

    1. A.Ə. Xəlilova
    2. A.M. Kərimova
    3. R.H. Nayımbəyova
    4. N.İ.  Hüseynova

Təşkilat komitəsi:
ünvan, e-mail, telefonlar

    AZ-1143, Bakı ş., H. Cavid pr. 131     AMEA Fizika İnistitutu

    jophphysics@gmail.com
    (012) 5393223
    (012) 5394151
    (012) 5397423

Materialların dizaynı üçün tələblər:

    Konfrans, kondensə olunmuş hal     fizikasının və digər elm sahələrini     (radiasiya fizikası, astrofizika, fiziki     kimya, kristalloqrafiya, biofizika,     idarəetmə sistemləri) əhatə edir.     Konfransda şifahi və poster     təqdimatları nəzərdə tutulur.     Konfransın materialları “Fizika”     jurnalının xüsusi buraxılışında dərc     olunacaq. Çıxışların mətnləri də     “Fizika” jurnalında dərc olunacaq.

    Məruzələrin Azərbaycan, ingilis     dilindəki mətnləri (A4, şəkillər də daxil     olmaqla) elektron şəkilində təqdim olunur.     Məruzələrin mətni Microsoft Word     redaktorunda, Times New Roman     şriftində, ölçüsü 12pt, jpg şəkillərində     icra olunmalıdır. Bütün sahələr 2 sm.     Başlıqdan aşağıda müəlliflərin soyadı,     adı və atasının adının baş hərifləri, sonra     təşkilatın, şəhərin və ölkələrin adı yazılır.     Müəllifin elektron poçtu. Abstrakt və     açar sözlər.

      
Akademik  M.H. Şahtaxtinski

Şahtaxtinski Məhəmmədəmin Həbibulla oğlu 1932-ci il iyulun 10-da Bakı şəhərində anadan olmuşdur. 1956-cı ildə Moskva Energetika İnstitutunu bitirmişdir.
1960-cı ildə fizika üzrə fəlsəfə doktoru, 1968-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1971-ci ildə isə professor elmi adını almış, 1981-ci ildə AEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir.
Akademik M.H. Şahtaxtinskinin bütün əmək fəaliyyəti AMEA Fizika İnstitutu ilə bağlı olmuş, 1961-ci ildə kiçik elmi işçi, 1968-ci ildə böyük elmi işçi, 1968-ci ildə laboratoriya müdiri, 1987-ci ildə isə şöbə müdiri vəzifələrində çalışmışdır. AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Büro üzvü, Azərbaycan Fizika Cəmiyyətinin prezidenti, Avroasiya Fizika cəmiyyətinin vitse-prezidenti olmuşdur. Rəhbərliyi altında polimer-pyezoelektrik və polimer-yarımkeçirici kimi nizamsız sistemlərdə piro-, pyezoelektrik, elektret, varistor, pozistor, pyezorezistiv, fotoelektrik, fotovoltaik, elektro-fotoxrom və s. effektlərin formalaşması mexanizmləri tədqiq edilmiş, polimer pyezo-elektrik kompozitlərdə effektiv elektret yükü və elektret potensiallar fərqinin temperatur və elektrik sahəsinin gərginliyindən asılı olaraq dəyişməsinin mexanizmləri verilmişdir. Kompozit pozistor və varistor materialların alınma metod və texnologiyaları işlənilmiş, kompozit polimer elementlər əsasında elektroakustik çeviricilər, akustik elektronika cihazları, hidroakustik qəbuledici-verici antennalar, opto-akustik çeviricilər, Korotkov ton çeviriciləri, vibro- və seysmoçeviricilər, statik və dinamik təzyiq çeviriciləri işlənib hazırlanmışdır.
M. Şahtaxtinski 250-dən artıq elmi məqalənin, 60 ixtiranın müəllifidir. Rəhbərliyi altında 2 elmlər doktoru və 12 fəlsəfə doktoru yetişdirilmişdir.
M. Şahtaxtinski Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Akademik Məmmədəmin Şahtaxtinski 2011-ci ildə Bakıda vəfat etmişdir.