Hörmətli həmkarlar!                                             az / en      

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu Beynəlxalq konfransda iştirak etməyə dəvət edir:

Akademik L.M. İmanovun
100 illik yubileyinə həsr olunmuş
“Molekulyar spektroskopiya”
mövzusunda konfrans 2022-ci ilin sentyabr-oktyabr aylarında Şuşa və Bakı şəhərlərində keçiriləcək.

Akademik M.H. Şahtaxtinskinin
90 illik yubileyinə həsr olunmuş
“Kompozisiyalı quruluşlar fizikası”
mövzusunda konfrans 2022-ci ilin oktyabr-noyabr
aylarında Naxçıvan və Bakı şəhərlərində keçiriləcək.

  
Şuşa ş., Azərbaycan                                         Naxçıvan ş., Azərbaycan                  

jophphysics@gmail.com e-mailinə göndəriləcək məqalələr 1 may 2022-ci il tarixinədək qəbul olunur.
Müəlliflərdən əlaqə (telefon) nömrələrinin də qeyd edilməsi xahiş olunur.
Göndərilən bütün elmi məqalələr AJP Fizika jurnalının xüsusi buraxılışında nəşr olunacaqlar.
Konfransın dili: Azərbaycan, İngilis.
Müəlliflərin nəzərinə: məqalələrin tərtibi qaydaları

      
Akademik  M.H. Şahtaxtinski            

Şahtaxtinski Məhəmmədəmin Həbibulla oğlu 1932-ci il iyulun 10-da Bakı şəhərində anadan olmuşdur. 1956-cı ildə Moskva Energetika İnstitutunu bitirmişdir.
1960-cı ildə fizika üzrə fəlsəfə doktoru, 1968-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1971-ci ildə isə professor elmi adını almış, 1981-ci ildə AEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir.
Akademik M.H. Şahtaxtinskinin bütün əmək fəaliyyəti AMEA Fizika İnstitutu ilə bağlı olmuş, 1961-ci ildə kiçik elmi işçi, 1968-ci ildə böyük elmi işçi, 1968-ci ildə laboratoriya müdiri, 1987-ci ildə isə şöbə müdiri vəzifələrində çalışmışdır. AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Büro üzvü, Azərbaycan Fizika Cəmiyyətinin prezidenti, Avroasiya Fizika cəmiyyətinin vitse-prezidenti olmuşdur. Rəhbərliyi altında polimer-pyezoelektrik və polimer-yarımkeçirici kimi nizamsız sistemlərdə piro-, pyezoelektrik, elektret, varistor, pozistor, pyezorezistiv, fotoelektrik, fotovoltaik, elektro-fotoxrom və s. effektlərin formalaşması mexanizmləri tədqiq edilmiş, polimer pyezo-elektrik kompozitlərdə effektiv elektret yükü və elektret potensiallar fərqinin temperatur və elektrik sahəsinin gərginliyindən asılı olaraq dəyişməsinin mexanizmləri verilmişdir. Kompozit pozistor və varistor materialların alınma metod və texnologiyaları işlənilmiş, kompozit polimer elementlər əsasında elektroakustik çeviricilər, akustik elektronika cihazları, hidroakustik qəbuledici-verici antennalar, opto-akustik çeviricilər, Korotkov ton çeviriciləri, vibro- və seysmoçeviricilər, statik və dinamik təzyiq çeviriciləri işlənib hazırlanmışdır.
M. Şahtaxtinski 250-dən artıq elmi məqalənin, 60 ixtiranın müəllifidir. Rəhbərliyi altında 2 elmlər doktoru və 12 fəlsəfə doktoru yetişdirilmişdir.
M. Şahtaxtinski Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Akademik Məmmədəmin Şahtaxtinski 2011-ci ildə Bakıda vəfat etmişdir.