30 Sentyabr 2018-ci il
PREZİDENT İLHAM ƏLİYEV TANINMIŞ ALİMİN VƏFATI İLƏ BAĞLI NEKROLOQ İMZALAYIB
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış fizik, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru,
professor Firudin Məmməd Əli oğlu Haşımzadə 2018-ci il sentyabrın 28-də ömrünün 83-cü ilində vəfat etmişdir. Firudin Haşımzadə 1935-ci il dekabr ayının 7-də Bakı şəhərində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra o, 1952–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində ali təhsil almışdır. 1957¬-ci ildə Azərbaycan Elmlər
Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olaraq təhsilini SSRİ Elmlər Akademiyasının A.F.İoffe adına Leninqrad Fizika-Texnika İnstitutunda davam etdirmişdir.
Əmək fəaliyyətinə 1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi kimi başlayan Firudin Haşımzadə burada 1963–1968-ci illərdə
böyük elmi işçi, 1968–1987-ci illərdə “Yarımkeçiricilər” laboratoriyasının müdiri, 1987–1993-cü illərdə “Güclü anizotrop kristallar fizikası” şöbəsinin rəhbəri olmuşdur.
O, 1993–1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun direktor müavini, 1994–2000-ci illərdə direktoru işləmiş, 2001-ci ildən ömrünün sonunadək
baş elmi işçi vəzifəsində çalışmışdır. Firudin Haşımzadə 1962-ci ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1974-cü ildə professor elmi adını almışdır.
O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir. Akademik Firudin Haşımzadə səmərəli elmi fəaliyyəti ilə respublikamızda
yarımkeçiricilər nəzəriyyəsi sahəsində elmi məktəbin bünövrəsini qoyanlardan biri kimi müasir fizika elminin inkişafına böyük töhfələr vermişdir.
Firudin Haşımzadənin bərk cisim nəzəriyyəsi sahəsində araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Alim Keyn tipli yarımkeçiricilərin
və yarımmetalların kinetik, optik və maqnit xassələrinin nəzəriyyəsini yaratmış, aşağı ölçülü kvant sistemlərində yükdaşıyıcıların enerji spektrini müəyyənləşdirmiş,
mənfi maqnitomüqavimətin əmələ gəlməsinin yeni mexanizmini aşkar etmişdir. Akademik Firudin Haşımzadənin araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilən 150-dən çox
elmi əsərdə və bir monoqrafiyada öz əksini tapmışdır. Alimin rəhbərliyi altında fizika sahəsində 11 elmlər doktoru, 22 fəlsəfə doktoru hazırlanmışdır. O, bir sıra mötəbər beynəlxalq elmi simpozium və konfranslarda çıxışları ilə
Azərbaycan elmini layiqincə təmsil etmişdir. Firudin Haşımzadənin pedaqoji fəaliyyəti də təqdirəlayiq olmuşdur. Onun 30 ildən artıq bir dövrdə Bakı Dövlət Universitetində nəzəri fizika və bərk cisim nəzəriyyəsi elmi istiqamətləri
üzrə oxuduğu mühazirələr təhsil ictimaiyyətinin rəğbətini qazanmışdır. Akademik Firudin Haşımzadənin elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1986-cı ildə “Antiferromaqnitlərin
optik spektroskopiyası”na dair işlər silsiləsinə görə Elm və Texnika sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına, 2015-ci ildə Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Tanınmış alim, pedaqoq, elm təşkilatçısı və səmimi insan Firudin Məmməd Əli oğlu Haşımzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!
İlham Əliyev, Mehriban Əliyeva, Novruz Məmmədov, Oqtay Əsədov, Ramiz Mehdiyev, Əli Əhmədov, Fərəh Əliyeva, Akif Əlizadə, Ceyhun Bayramov, İbrahim Quliyev, Rasim Əliquliyev, Nazim Məmmədov, Arif Paşayev, Bahadur Tağıyev, Cavad Abdinov,
Çingiz Qacar, Ənvər Nəhmədov, Təyyar Cəfərov, Abel Məhərrəmov.
FİRUDİN MƏMMƏD ƏLİ OĞLU HAŞIMZADƏ
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış fizik, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Firudin Məmməd Əli oğlu Haşımzadə 2018-ci il
sentyabrın 28-də ömrünün 83-cü ilində vəfat etmişdir. Bütün həyatı və taleyi elmlə bağlı olan alim dedikdə ilk növbədə Firudin müəllim yada düşür. Elmə bağlılığı, hər kəsə təmənnasız köməyi onu işlədiyi kollektivdə əsl
alimlik nümunəsinə çevirmişdir. Onu taniyanlar əmin olur ki, bütün ömrünü elmə həsr edən, ən yüksək adlara layiq olmasına baxmayaraq hec bir vəzifə təmənnasında olmayan insanlar həqiqətən həyatda mövcud olur. Akad. F.M. Haşımzadə
yarımkeçiricilər fizikası və ümumilikdə bərk cisim fizikasının inkişafında böyük xidmətləri olan məşhur alim idi. F.M. Haşımzadə 7 dekabr 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1957-ci ildə Azərbaycan Dövlət
Universitetinin fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuş və A.F. İoffe adına Leninqrad Fizika-Texnika İnstitutuna göndərilmişdir.
Onun aspirant təhsili professor A.İ. Qubanovun rəhbərliyi ilə keçmişdir. F.M. Haşımzadənin ilk elmi işləri qrup nəzəriyyəsi əsasında mürəkkəb yarımkeçirici birləşmələrin analizinə və onların zolaq quruşunun hesablanmasına həsr
edilmişdir. Bu işlər əsasında o, 1962-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1963-cü ildə Leninqraddan Bakıya qayıdan F.M. Haşımzadə Azərbaycan EA Fizika İnstitutunda işə başlamışdır. O, qısa bir müddətdə kiçik elmi
işçi vəzifəsindən “Yarımkeçiricilərin nəzəriyyəsi” laboratoriyasının rəhbəri vəzifəsinə qədər yüksəlmiş. 1993-2000-ci illərdə F.M. Haşımzadə Fizika İnstitutunun direktoru olmuşdur. Bir sıra yarımkeçiricilərin elekron spektri,
elektrik, maqnit və optik xassələrini nəzəri tədqiq edən F.M.Haşımzadə 1972-ci ildə bu işlər əsasında doktorluq dissertasiyası müdafiə etmiş, 1980-cı ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdi.
Qrup nəzəriyyəsi metodları ilə keçid elementlərinin karbonatlarında maqnon və eksiton spektrlərini tədqiq edən və işığın ikimaqnonlu udulma və səpilmə spektrlərinin nəzəriyyəsini quran F.M. Haşımzadə 1986-cı ildə bu
nəticələrə görə müəlliflər kollektivi ilə birlikdə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdü. Akad. F.M. Haşımzadə Bakıda yarımkeçiricilərin nəzəriyyəsi sahəsində elmi məktəb yaratmışdır.
Bu məktəbin nümayəndələri Azərbaycanda və bir sıra xarici ölkələrdə onun başladığı işləri davam etdirirlər. Onun rəhbərliyi ilə 10 elmlər doktoru və 25-dən çox elmlər namizədi hazırlanmışdır. O, 150-dən çox elmi əsərin
və bir monoqrafiyanın müəllifidir. F.M. Haşımzadə pedaqoji fəaliyyət də göstərərək, uzun illər ərzində Bakı Dövlət Universitetinin Fizika fakultəsində tələbələrə nəzəri fizikanın müxtəlif məsələlərinə dair mühazirələr oxumuşdur.
Akad. F.M. Haşımzadənin elmi işləri bərk cisim fizikasındakı problemlərin geniş dairəsini əhatə edir. Birinci növbədə onun yarımkeçiricilərin zolaq quruluşunun və qəfəs rəqsləri spektrinin qrup nəzəriyyəsi əsasında hesablanması
üçün nəzəri baza yaratdığı silsilə işlərini qeyd etmək lazımdır. F.M. Haşımzadənin inkişaf etdirdiyi metodika bir sıra əhəmiyyətli məsələlərə (laylı və zəncirvari yarımkeçiricilər, seqnetoelektriklər, maqnit dielektriklər) tətbiq edilmişdir.
F.M. Haşımzadə ilk dəfə mürəkkəb tərkibli kristallarda elektron, maqnon və eksiton spektrlərinin analizinə qrup nəzəriyyəsi üsulunu tətbiq etmiş, psevdopotensial metodu ilə yarımkeçirici birləşmələrin zolaq quruluşunu hesablamışdır.
O, üçqat birləşmələrin elektron və fonon spektrlərinin ilkin prinsiplərdən tapılması üsulunu vermiş və bir sıra birləşmələr üçün spektrləri hesablamışdır. Onun elmi işlərinin digər bir hissəsi darzolaqlı yarımkeçiricilər və
yarımmetalların nəzəriyyəsinə həsr edilmişdir. F.M. Haşımzadə Keyn spektrli yarımkeçiricilərin və yarımmetalların kinetik, optik və maqnit xassələrinin ardıcıl nəzəriyyəsini yaratmış, onların volt-amper xarakteristikasının qeyri-xəttiliyinin
yeni mexanizmini aşkar etmiş, həmin tip yarımkeçiricilərin anomal maqnit xassələrinə malik olmasını göstərmişdir. Akad. F.M. Haşımzadəni öz həmkarlarından fərqləndirən bir cəhət onun nəzəri işlərində irəli sürülmüş bir sıra
ideyaların eksperimentdə öz təsdiqini tapmasıdır (işığın zonalararası udulmasında maqnetofonon və spin-maqnetofonon rezonansları, Keyn yarımkeçiricilərində elektron qazının maqnit nüfuzluğunun diamaqnit işarəsi, ultra-kvant maqnit
sahələrində maqnit momentinin doyması və s.) Akad. F.M. Haşımzadənin bir sıra işləri ümumnəzəri mahiyyətə malikdir və bərk cisim fizikasına qrup nəzəriyyəsi metodlarının tətbiqinin təkmilləşdirməsinə həsr edilib. Firudin müəllim
tərəfindən inkişaf etdirilmiş tədqiqat metodları və onun əldə etdiyi konkret elmi nəticələr böyük şöhrət qazanmışdır və bir sıra bərk cisimlərin enerji spektrlərinin, kinetik, optik, maqnit və elastiklik xassələrinin öyrənilməsində geniş tətbiq edilir.
XX əsrin sonları və XXI əsrin əvvəllərində fizikanın inkişafında prioritet istiqamətə çevrilmiş aşağı ölçülü sistemlərdə (kvant çuxuru, kvant məftili və kvant nöqtələri) optik və kinetik hadisələrin nəzəriyyəsinin qurulmasında F.M. Haşımzadənin
mühüm xidmətləri var. O, A3B5 tipli yarımkeçirici və Cd1-xMnxTe tipli yarımmaqnit yarımkeçirici kvant nöqtələrində elektron və fononların enerji spektrini hesablamış, parabolik potensiallı
yarımkeçirici kvant cuxurunda elektrikkeçiriciliyinin, termoelektrik, qalvanomaqnit və termomaqnit effektlərin nəzəriyyəsini qurmuş, kvant çuxurunda mənfi maqnit müqavimətinin əmələ gəlməsinin yeni mexanizmini aşkar etmişdir.
Firudin müəllimin kadr hazırlığı sahəsində gördüyü işlər əvəzsizdir. Uzun illər boyunca Fizika İnstitutunda bərk cisimlərin kinetik, optik, elektrik, maqnit, elastiklik xassələrinə aid aparılan elmi tədqiqatlar, hazırlanan dissertasiyaların əksəriyyəti
F.M. Haşımzadə ilə müzakirə edilmişdir ki, bu da həmin istiqamətlərdə tədqiqatların effektivliyini daha da artırmış, institut əməkdaşlarının qarşısında duran məsələlərin müvəffəqiyyətlə həll edilməsinə kömək etmişdir.
Bərk cisimlər fizikasına aid bir çox monoqrafiya və elmi məqalələrdə akad. F.M. Haşımzadənin aldığı nəticələrdən istifadə olunmuş və onun əsərlərinə çoxlu sayda istinadlar edilmişdir.
F.M. Haşımzadə elmi və pedaqoji fəaliyyətlə bərabər elmin təşkili sahəsində də işlər görmüşdür. Buna misal olaraq onun təşəbbüsü ilə Fizika İnstitutunda çap olunan “Fizika” elmi-periodik jurnalını göstərmək olar.
Tanınmış alim, pedaqoq, elm təşkilatçısı və səmimi insan Firudin Məmməd Əli oğlu Haşımzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Dostum, alim insan haqda xoş sözləri həmçinin jurnalın redkollegiyası, A.İ. İoffe adına Fizika-Texnika institutunun əməkdaşları və dostlar tərəfindən dərc olunmuş "Памяти Фирудина Мамед Али оглу Гашимзаде" məqaləsində
http://journals.ioffe.ru/misc/Gashim.pdf saytında oxuya bilərsiniz
24-26 Sentyabr 2018-ci il, Bakı, Azərbaycan
AKADEMİK H.B. ABDULLAYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS VƏ MƏKTƏB
MODERN TRENDS IN CONDENSED MATTER PHYSICS, MTCMP - 2018

19 Aprel 2018
FİZİKA İNSTİTUTUN DİREKTORU BEYNƏLXALQ KONFRANSDA DƏVƏTLİ MƏRUZƏ İLƏ ÇIXIŞ EDƏCƏK
Üçlü və çoxkomponentli birləşmələr sahəsində yüksək səviyyəli beynəlxalq konfrans olan ICTMC (International Conference on Ternary and Multinary Compounds) ilk dəfə 1973-cü
ildə Böyük Britaniyanın Bat şəhərində keçirilib. İki ildən bir keçirilən möhtəbər konfransda bütün məruzələr üçlü və çoxkomponentli birləşmələrə həsr olunur. Müxtəlif illərdə konfrans Fransa,
Yaponiya, İtaliya, Venesuela, Almaniya və digər dünya ölkələrində təşkil olunmuşdur. 2010-ci ildə mötəbər beynəlxalq konfransa ev sahibliyi Azərbaycan etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Fizika İnstitutunun təşkilatçılığı ilə keçirilmiş ICTMC-17 beynəlxalq konfransına akademik Arif Paşayev və akademik Nazim Məmmədov sədrlik etmişdir. ICTMC-21 beynəlxalq konfransı sentyabrın 9-13-ü
2018-ci ildə ABŞ-ın Kolorado ştatının Boulder şəhərində keçiriləcək. Azərbaycanı konfransda dəvətli məruzə ilə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi, AMEA Fizika İnstitutunun direktoru,
akademik Nazim Məmmədov və İnstitutun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Ziya Əliyev təmsil edəcək. Konfransa Yaponiya, Korea, Çin, ABŞ, Almaniya, İsveçrə, Fransa, Lüksemburqdan olan təmsilçilər qatılacaqlar.
Konfransa təqdim olunan məqalələr seçilərək yüksək impakt faktorlu “Physica status solidi” jurnalında çap olunacaq.
https://sites.google.com/view/ictmc21/scope/invited-speakers?authuser=0
22 İyun 2018
VAKANT VƏZİFƏLƏRİ TUTMAQ ÜÇÜN SƏNƏD VERMİŞ İDDİAÇILARIN NAMİZƏDLİKLƏRİ TƏSDİQ EDİLƏCƏK
İyunun 21-də Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda vakant elmi işçi, kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, aparıcı mühəndis və s. vəzifələrini tutmaq üçün
sənəd vermiş iddiaçıların sənədlərinin yoxlanılması məqsədi ilə komissiya keçirilib. Komissiyaya sədrlik etmiş elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov üzvlərə müsabiqədə iştirak etmək üçün
təqdim edilmiş sənədlər haqqında məlumat verib. Bildirib ki, iddiaçıların təqdim etdiyi sənədlər müvcud tələblərə uyğundur və müsabiqədə iştirak edə bilərlər. İyunun 27-si saat 11:00-da keçiriləcək Elmi Şuranın
iclasında vakant vəzifələri tutmaq istəyən iddiaçı namizədlərin müzakirə və təsdiq edilməsi tövsiyyə olunub.
12 Oktyabr 2018
FİZİKA İNSTİTUTUNUN WEB-SAYTININ YENİ VERSİYASI
Hal-hazırda Azərbaycan MEA-nın Fizika İnstitutunun WEB-saytının yeni versiyası aşağıdakı ünvan üzrə hazırlanır: www.physics.mehdiyev.me
12 dekabr 2018-ci il tarixində saat 11:00
Azərbaycan MEA Fizika İnstitutu nəzdindəki D01.011 Dissertasiya Şurasında
Tahir Cümşüd oğlu İbrahimovun
"Hibrid maye kristal sistemlərində bəzi optik effektlərin xüsusiyyələri"
"2203.01 - Elektronika" mövzusunda fizika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
28 noyabr 2018-ci il tarixində saat 11:00
Azərbaycan MEA Fizika İnstitutu nəzdindəki D01.011 Dissertasiya Şurasında
Məfkürə Vaqif qızı Qocayeva
"Adi və supersimmetrik kvant mexanikasında Şredinger, Kleyn-Fok-Qordon və Dirak tənliklərinin bəzi eksponensial tipli potensiallar üçün analitik həlləri"
mövzusunda 2212.01 - "Nəzəri fizika" fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
28 noyabr 2018-ci il tarixində saat 13:00
Azərbaycan MEA Fizika İnstitutu nəzdindəki D01.011 Dissertasiya Şurasında
Aysel Yunis qızı Həmzəyeva
"Bi2Te3 birləşməsinin aşağı sıxlıqlı polietilenin quruluşuna, dielektrik və optik xassələrinə təsiri"
mövzusunda 2220.01 - "Yarımkeçiricilər fizikası" fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
24 oktyabr 2018-ci il tarixində saat 11:00
Azərbaycan MEA Fizika İnstitutu nəzdindəki D01.011 Dissertasiya Şurasında
Nərmin Arif qızı İsmayılova
"TlInSe(S)2 birləşməsinin elektron quruluşu və TlInSe2-nin təzyiq altında faza stabilliyi"
mövzusunda 2220.01 - "Yarımkeçiricilər fizikası" fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
13 İyun 2018-ci il tarixində saat 11:00
Azərbaycan MEA Fizika İnstitutu nəzdindəki D01.011 Dissertasiya Şurasında
Tural Qulu oğlu Nağıyev
"Nadir torpaq elementləri (NTE = Eu, Er və Pr) ilə aktivləşdirilmiş CaxBa1-xGa2S4 bərk məhlullarının fotolüminessensiya xassılıri"
mövzusunda 2220.01 - "Yarımkeçiricilər fizikası" fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
21 May 2018
FİZİKA İNSTİTUTUNDA QADINLAR ŞURASI TƏSİS EDİLİB
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Qadınlar Şurasının təsis yığıncağı keçirilib. İclasda yeni yaradılmış AMEA Qadınlar Şurasının sədri, fəlsəfə üzrə elmlər doktoru Rəna Mirzəzadə,
fəlsəfə elmləri doktoru Ziba Ağayeva və fəlsəfə üzrə fəlsəfə doktoru Samirə Kadiyeva iştirak ediblər. Tədbiri giriş sözü ilə İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov açıb. O, ilk olaraq
yeni təsis edilmiş Şuraya gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, iclasda məqsəd Fizika İnstitutunda Qadınlar Şurasını təsis etmək və sədri seçməkdir. İnstitutun Qadınlar Şurasına sədrlik üçün
AMEA-nın müxbir üzvü, laboratoriya müdiri Səlimə Mehdiyevanın namizədliyi irəli sürülüb. C. Abdinov S. Mediyevanın elmi fəaliyyətindən bəhs edib. Bildirib ki, o uzun müddət Fizika İnstitutunda elmi işlər üzrə direktor
müavini və elmi katib, laboratoriya vəzifələrində çalışıb. O, S. Mehdiyevanın fizika-riyaziyyat və texnika elmləri bölməsində AMEA-nın ilk fizik qadın müxbir üzvü olduğunu vurğulayıb. İnstitutun Həmkarlar İttifaqı
Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova, laboratoriya müdiri fizika üzrə elmlər doktoru, professor Elmira Kərimova Səlimə Mehdiyeva haqqında düşüncələrini bölüşüblər və S.Mehdiyevanın namizədliyini
dəstəklədiklərini vurğulayıblar. Təklif səsə qoyulub və yekdilliklə qəbul olunub. Daha sonra Şuraya 13 nəfərdən ibarət işçi qrup seçilib. İclasda çıxış edən professor Rəna Mirzəzadə AMEA Qadınlar Şurasının digər
qeyri-hökümət təşkilatlarından fərqli bir qurum olduğunu vurğulayıb. O, Şuranın elmi-metodiki problemlərin həllinə yönələn məsələlərin həlli məqsədi ilə olunduğunu bildirib. R. Mirzəzadə Qadınlar Şurasının institutlarda
fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının özəkləri, Həmkarlar İttifaqı komitələri, Gənc Alim və Mütəxəssislər şuraları ilə qarşılıqlı fəaliyyət göstərəcəyini qeyd edib. Səlimə Mehdiyeva çıxış edərək kollektivə
ona göstərilən etimada görə minnətdarlığını bildirib.
21 May 2018
FİZİKA İNSTİTUTUNUN FUTBOL KOMANDASI ÜÇÜNCÜ DƏFƏ ÇEMPİON OLUB
Bu gün Fizika İnstitutunun komandası AMEA GAMŞ-ın institutlararası V futbol çempionatının final mərhələsində mübarizə aparıb. Fizika İnstitutunun komandasının rəqibi AMEA Rəyasət Heyətinin komandası olub. Gərgin davam edən oyunda Fizika İnstitunun komandası 1:0 hesabı ilə üstünlük əldə edib. Oyunun son dəqiqələrində Fizika İnstitutunun komandası azlıqda qalıb.Komandanın qapıçısı qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb və penalti zərbəsi təyin olunub. Buna baxmayaraq komanda üstünlüyü əldən verməyib. Oyun 1:0 hesabı ilə başa çatıb. Fizika İnstitutunun komandası üçüncü dəfə AMEA GAMŞ-ın institutlararası V futbol çempionatının qalibi olub və kuboku başı üzərinə qaldırıb.
Oyunlardan sonra mükafatlandırma mərasimi keçirilib. Bağlanış mərasimində çıxış edən AMEA-nın prezidenti akademik Akif Əlizadə bildirib ki, çempionat ənənəvi olaraq ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunur. O, gənc alimlərin elmlə yanaşı, idmanla da məşğul olmasının vacibliyini qeyd edib. Bildirib ki, Fizika İnstitutu elmdə də birinciliyini qoruyub saxlayır, aparıcı elmi-təşkilatlarla bir sıra mötəbər layihələr həyata keçirir.
Sonda qaliblər mükafatlandırılıb.
14 May 2018
FİZİKA İNSTİTUTUNDA RUSİYALI ALİMLƏR QONAQ OLUBLAR
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov Rusiya Elmlər
Akademiyasının (REA) həqiqi üzvü Roald Saqdeyev, REA Yer Fizikası İnstitutunun direktoru, REA-nın müxbir üzvü Sergey Tixotskini,
“Geoelektrodinamika” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru Oleq Poxotelov və həmin laboratoriyanın aparıcı
elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yelena Popovanı qəbul edib. Görüş çərçivəsində akademik N. Məmmədov Fizika
İnstitutunun fəaliyyəti, elmi nəticələri haqqinda məlumat verib, burada aparılan tədqiqatlardan bəhs edib.
R.Saqdeyev çıxışında kadr mübadiləsi, gələcək əməkdaşlıq perspektivləri və s. kimi məsələlərə toxunub.
Daha sonra Fizika İnstitutunda qonaqların iştirakı ilə seminar keçirilib. Seminarda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Respublika Seysmoloji Xidmət
Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli də iştirak edib. İlk olaraq REA-nın müxbir üzvü Sergey Tixotskinin məruzəsi dinlənilib. O, Yer Fizikası
İnstitutunun yaranma tarixi, bugünədək keçdiyi inkişaf yolu, ayrı-ayrı dövrlərdə İnstituta rəhbərlik etmiş direktorlar haqqında məlumat verib. Bildirib ki,
90 yaşı olan İnstitutun 600-ə yaxın əməkdaşı var. S. Tixotski İnstitutda əsasən, geoloji, seysmoloji,elektomaqnit, geofiziki və s. istiqamətdə tədqiqatlar
aparıldığını qeyd edib. Seminar Oleq Poxotelovun çıxışı ilə davam edib. Sonda məruzəçilər seminar iştirakçılarının suallarını cavablandırıblar.
Rusiyalı qonaqlar Fizika İnstitutunun İnnovasiya sektoru ilə də tanış olublar. İnstitutun əməkdaşları qonaqlara burada quraşdırılan müasir cihazlar haqqında məlumat veriblər.

14 May 2018
Bakı ş. 10.05.2018
ƏMR № 35
KOMISSIYANIN YARADILMASI HAQQINDA
Əmr edirəm:
Fizika İnstitutunda elan olunmuş vakant elmi işçi vəzifələrini tutmaq üçün 18 iyun 2018-ci ildə İnstitutun Elmi Şurasının iclasında müsabiqə keçirilsin. Sənədlər 08.05.2018-ci il tarixdən 08.06.2018-ci ilədək müddətində qəbul olunur.
Sənədlərin qəbulu və yoxlanılması üçün aşağıdakı tərkibdə müsabiqə komissiyası təsdiq edilsin:
1 Abdinov C.Ş. Elmi işlər üzrə direktor müavini - sədr
2 Süleymanov Z.İ. Elmi katib - üzv
3 Mehdiyeva S.İ. Laboratoriya rəhbəri - üzv
4 Nuriyev H.R Laboratoriya rəhbəri - üzv
5 Bağırova S.M. HİK-nin sədri - üzv
6 İsgəndərova P.M. Kadrlar Şöbəsinin müdiri - üzv
7 Mahmudova Z.S. Mühəndis – proqramçı - Sənədləri qəbul edən məsul şəxs
Direktor N.T. Məmmədov
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ FİZİKA İNSTİTUTU AŞAĞIDAKI GÖSTƏRİLƏN ELMİ İŞÇİ VƏZİFƏLƏRİNİ TUTMAQ ÜÇÜN MÜSABİQƏ
ELAN EDIR
I. Ümumi sektoru üzrə:
1.1 Yarımkeçiricilərdə və yarımkeçirici nanostrukturlarda köçürmə hadisələri laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 4şt.
Böyük elmi işçi - 1şt.
Elmi işçi - 7şt.
1.2 Yarımkeçiricilərdə aşqarlar laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 3şt.
Böyük elmi işçi - 1şt.
1.3 Bərk cisimlərdə rezonans hadisələri laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 1şt.
Böyük elmi işçi - 2şt.
Elmi işçi - 2şt.
1.4. Almazabənzər və çoxkomponentli birləşmələrin optik və transport xassələri laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 7şt.
Böyük elmi işçi - 2şt.
Elmi işçi - 2şt.
1.5 Vakuum fotoelektronikası laboratoriyası üzrə:
Aparıcı mühəndis -2şt.
1.6 Molekulyar spektroskopiya laboratoriyası üzrə: Aparıcı elmi işçi - 7şt.
Böyük elmi işçi - 1şt.
Elmi işçi - 2şt.
Kiçik elmi işçi - 3şt.
Aparıcı mühəndis -2şt.
Mühəndis - 2şt.
1.7 Kosmik şüa mənbələri fizikası laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 2şt.
Böyük elmi işçi - 1şt.
Elmi işçi - 2şt.
1.8 Yüksək gərginliklər fizikası və texnikası laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 10şt.
Böyük elmi işçi - 5şt.
Elmi işçi - 5şt.
Kiçik elmi işçi - 1şt.
Aparıcı mühəndis -5şt.
1.9 Günəş və hidrogen elementləri laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 1şt.
Böyük elmi işçi - 2şt.
Elmi işçi - 1şt.
Aparıcı mühəndis -1şt.
Kriogen texnologiyası şöbəsi üzrə:
Aparıcı elmi işçi - 1şt.
Elmi işçi - 2şt.
Aparıcı mühəndis -2şt.
II. İnnovasiya sektoru üzrə:
2.1 Quruluş və quruluş-çevrilmələri laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 5şt.
Elmi işçi - 3şt.
2.2 Bionanostrukturlar fizikası laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 3şt.
Elmi işçi - 3şt.
Kiçik elmi işçi - 1şt.
2.3. Bərk cisim nəzəriyyəsi laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 4şt.
Böyük elmi işçi - 2şt.
Elmi işçi - 1şt.
2.4 Nanokristallar fizikası laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 3şt.
Elmi işçi - 1şt.
2.5 Qeyri-kristallik yarımkeçiricilərin fizikası laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 7şt.
Böyük elmi işçi - 1şt.
Elmi işçi - 1şt.
2.6 Optoelektronika laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 9şt.
Elmi işçi - 3şt.
Aparıcı mühəndis -2şt.
2.7 Nazik təbəqəli strukturlar laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 1şt.
Böyük elmi işçi - 1şt.
Elmi işçi - 2şt.
2.8 İnfraqırmızı fotoelektronika və plazma hadisələri laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 3şt.
Böyük elmi işçi - 4şt.
Elmi işçi - 7şt.
Kiçik elmi işçi - 1şt.
Mühəndis - 2şt.
2.9 Yarımkeçirici strukturların fotoelektrik və optik diaqnostikası laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 3şt.
Böyük elmi işçi - 1şt.
Elmi işçi - 2şt.
2.10 Spektroskopik ellipsometriya laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 4şt.
Elmi işçi - 4şt.
2.11 Nüvə tədqiqatları laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 1şt.
Böyük elmi işçi - 2şt.
Kiçik elmi işçi - 2şt.
2.12 Yüksək enerjilər fizikası laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 3şt.
Böyük elmi işçi - 3şt.
Elmi işçi - 5şt.
Aparıcı mühəndis -1şt.
2.13 Dinamik sistemlərdə xaos laboratoriyası üzrə:
Elmi işçi - 2şt.
Aparıcı mühəndis -1şt.
2.14 Materialşünaslıq laboratoriyası üzrə:
Böyük elmi işçi - 1şt.
Elmi işçi - 2şt.
2.15 Kondensə olunmuş hallar və kvant fazalar laboratoriyası üzrə:
Elmi işçi - 2şt.
2.16 Tətbiqi fizika laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 1şt.
Böyük elmi işçi - 1şt.
Elmi işçi - 2şt.
2.17 Kristalloqrafiya laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 1şt.
Elmi işçi - 1şt.
Kiçik elmi işçi - 1şt.
2.18 Kvant informatikası laboratoriyası üzrə:
Kiçik elmi işçi - 2şt.
III. Fənlərarası sektoru:
3.1 Darzolaqlı yarımkeçiricilər və yuxarıtemperaturlu ifratkeçiricilər laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 5şt.
Böyük elmi işçi - 2şt.
3.2 Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron proseslərinin fizikası laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 4şt.
Elmi işçi - 3şt.
Aparıcı mühəndis -1şt.
3.3 Heteroquruluşlar fizikası laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 4şt.
Böyük elmi işçi - 1şt.
Elmi işçi - 1şt.
3.4 Bərk cisim elektronikası laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 6şt.
Böyük elmi işçi - 1şt.
Elmi işçi - 3şt.
Kiçik elmi işçi - 1şt.
3.5 Epitaksial təbəqələr və strukturlar laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 2şt.
Böyük elmi işçi - 4şt.
Elmi işçi - 2şt.
Aparıcı mühəndis -1şt.
Mühəndis - 1şt.
3.6 Akustooptika laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 1şt.
Böyük elmi işçi - 3şt.
Elmi işçi - 2şt.
3.7 Kristallofizika laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 10şt.
Böyük elmi işçi - 1şt.
Elmi işçi - 5şt.
Kiçik elmi işçi - 1şt.
Mühəndis - 1şt.
3.9 Nano- və aktiv kompozitlər fizikası laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 1şt.
Böyük elmi işçi - 3şt.
Elmi işçi - 4şt.
Mühəndis - 1şt.
3.10 Qeyri-standart nəzarət və diaqnostika laboratoriyası üzrə:
Aparıcı elmi işçi - 2şt.
Böyük elmi işçi - 1şt.
Elmi işçi - 1şt.
Mühəndis - 1şt.
IV. İnformasiya sektoru üzrə:
Informasiyanın qəbulu, saxlanması və işlənməsi şöbəsi üzrə:
Aparıcı elmi işçi - 1şt.
Böyük elmi işçi - 2şt.
Aparıcı mühəndis -8şt.
Yeni texnologiyaların tətbiqi şöbəsi üzrə:
Aparıcı elmi işçi - 1şt.
Böyük elmi işçi - 1şt.
Aparıcı mühəndis -1şt.
Elmi-texniki informasiya və patent tədqiqatları şöbəsi üzrə:
Elmi işçi - 1şt.
Mühəndis - 1şt.
Ensiklopediya və terminologiya şöbəsi üzrə:
Aparıcı elmi işçi - 2şt.
Böyük elmi işçi - 1şt.
Elmi işçi - 2şt.
Aparıcı mühəndis -2şt.
Хarici əlaqələr şöbəsi üzrə:
Elmi işçi - 1şt.
Aparıcı mühəndis - 1şt.
İctimaiyyətlə əlaqələr şöbəsi üzrə:
Asissent - 1şt.
Müsabiqədə elmlər doktorları, fəlsəfə doktorları və böyük təcrübəsi olan elmi işçilər iştirak edə bilər.
Sənədlər müsabiqənin müvafiq tələblərinə uyğun olaraq bu ünvana göndərilməlidir:
Bakı, Az - 1143, H.Cavid 131, tel.: 39-74-23
Müsabiqənin müddəti elan çap olunduğu gündən etibarən 1 aydır.
18 Aprel 2018
AMEA FIZIKA İNSTITUTU GƏNC ALIM VƏ MÜTƏXƏSSISLƏR ŞURASI MƏKTƏBLILƏRLƏ GÖRÜŞÜBLƏR
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) S.C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında
görüş keçirib. Görüşdə məqsəd Gimnaziyada yeni yaradılan “Kiçik Elmi Akademiya”-nın strukturu ilə tanış olmaq və məktəblilərə elmi-əyləncəli fiziki təcrübələr nümayiş etdirmək olub.
Tədbiri giriş sözü ilə açan Gimnaziyanın direktor müavini Cəmilə Allahverdiyeva “Kiçik Akademiya”nın fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, S.C. Pişəvəri adına Respublika
Humanitar Fənlər Gimnaziyası daima AMEA institutları ilə xüsusən Fizika İnstitutu ilə əməkdaşlıq edir. C. Allahverdiyeva 2016-cı ildə Fizika İnstitutunun təşəbbüsü və AMEA GAMŞ-ın
təşkilatçılığı ilə IX-XI siniflər arasında keçirilmiş “Gələcəyin tədqiqatçıları” adlı layihədən bəhs edib. Qeyd edib ki, həmin layihənin yekunlarına əsasən fərqlənən şagirdlər
mükafatlara layiq görülmüşdülər. O, Gimnaziyanın humanitar fənlər üzrə ixtisaslaşmasına baxmayaraq, burada texniki fənlərə də xüsusi diqqət ayrıldığını bildirib. Çıxışının sonunda
C. Allahverdiyeva yeni yaradılmış “Kiçik Akademiya”nın idarə heyəti ilə tədbir iştirakçılarını tanış edib. Bildirib ki, “Kiçik Akademiya” nın prezidenti Ləman Hacıyevadır.
Daha sonra tədbir Fizika İnstitutu GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirovun çıxışı ilə davam edib. Q.Dəmirov bildirib ki, elm və təhsilə dövlət səviyyəsində diqqət
və qayğı göstərilir. Bu da ayrı-ayrı vaxtlarda qəbul olunan dövlət proqramlarında öz əksini tapır. O, Fizika İnstitutunun gənc alimlərinin fizika fənninə şagirdlərin marağını artırmaq
məqsədilə irəli sürsüyü təşəbbüsdən bəhs edib. Bildirib ki, təşəbbüsün əsas hissəsi 2017-ci ilin sentyabr ayından etibarən Gimnaziyanın VII sinif şagirdləri üçün əlavə məşğələlər keçirmək,
ikinci hissəsi isə fizika fənninin əyləncəli istiqamətlərini elmi-əyləncəli şou vasitəsilə məktəblilərə çatdırmaq ibarətdir. Q. Dəmirov bu cür əməkdaşlıqların gələcəkdə də davam edəcəyinə ümid etdiyini qeyd edib.
Tədbirdə GAMŞ-ın üzvləri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova, elmi işçilər Səbinə Zeynalova, Aynur Qəhrəmanova və Humay Məmmədova çıxış ediblər. Tədbirin sonunda elmi-əyləncəli şou nümayiş olunub.
18 Aprel 2018
ADPU-NUN TƏLƏBƏLƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) II kurs tələbələri fizika aylığı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda qonaq olublar.
Elm və təhsilin inteqrasiyası sahəsində təşkil olunan görüşdə məqsəd tələbələrdə elmə marağı artırmaq, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub. ADPU-nun Fizika fakültəsinin “Fizika müəllimliyi”
ixtisası üzrə təhsil alan tələbələrə İnstitutunun alimləri bu elmi müəssisənin fəaliyyəti, İnnovasiya sektorunda quraşdırılan müasir avadanlıqlar, laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri haqqında,
həmçinin fizika sahəsində əldə olunan ən son yeniliklərdən məlumat veriblər.
18 Aprel 2018-ci il tarixində saat 11:00
Azərbaycan MEA Fizika İnstitutu nəzdindəki D01.011 Dissertasiya Şurasında
Elçin Cəlal oğlu Qurbanov
"Qısa müddətli yüksək elektrik impuls sahələrin və qaz boşalmalarının müxtəlif dielektrik mühitlərə təsirlərinin elmi və texnoloji əsaslarının işlənilməsi"
mövzusunda 3344.01 - "Yüksək gərginliklər texnikası" texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
27 Fevral 2018
Fizika İnstitutunda rusiyalı alimin seminarı keçirilib
2018-ci il fevralın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda “Müasir mənfi ion mənbələri” mövzusunda seminar keçirilib.
Məruzəçi ion mənbələri sahəsində dünya şöhrtətli mütəxəssis Vadim Dudnikov olub. Seminarı giriş sözü ilə İnstitutun “İnfraqırmızı fotoelektronika və plazma hadisələri” laboratoriyasının müdiri,
fizika-riyaziyyat elmləri doktoru İlham Həsənov açıb. O, V. Dudnikov haqqında seminar iştirakçılarına məlumat verib. Bildirib ki, alim akademik Roald Saqdeyevin yubiley konfransı ilə əlaqədar
Bakıda qonaqdır. İ. Həsənov V. Dudnikovun uzun müddət Rusiyanın Novosibrsk şəhərində Nüvə Fizikası İnstitutunda laboratoriya müdiri həmçinin, “Ümumi fizika” kafedrasının müdiri vəzifəsində
çalışdığını qeyd edib. Bildirib ki, 1971-ci ildə alim tərəfindən irəli sürülən mənfi ion mənbələri işləmələri dünyanın müxtəlif laboratoriyalarında geniş tətbiq olunur. O, V. Dudnikovun 80-ci
illərdə Ukraynanın Kiyev şəhərində yerləşən Fizika İnstitutunda təşkil olunan ion mənbələri haqqında konfrans və seminarların fəal iştirakçılarından olduğunu vurğulayıb. Alim uzun müddətdir ki,
Amerika Birləşmiş Ştatlarında yaşayır və elmi fəaliyyətini orada davam etdirir. Daha sonra alimin məruzəsi dinlənilib. Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
Qonaq Fizika İnstitutunun İnnovasiya sektorunda quraşdırılan maddi-texniki baza və alimlərin elmi fəaliyyəti ilə tanış olub. V. Dudnikov İnstitutda iki aylıq ezamiyyətdə olan Yaponiyanın Chiba Uiniversitetinin birinci kurs magistri Yuto Yasui ilə də görüşüb.
27 Fevral 2018
Fizika İnstitutunda NATO-nun “sülh və təhlükəsizlik naminə elm” proqramı çərçivəsində telekonfrans keçirilib
|
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda NATO-nun “Sülh və Təhlükəsizlik naminə Elm” Proqramı çərçivəsində «Partlayıcıları
detektə etmək üçün pilotsuz portativ sensorlar» adlı 3 illik layihənin açılış telekonfransı keçirilib. Fevralın 15-də təşkil olunmuş telekonfransda layihənin NATO ölkəsi üzrə koordinatoru (İtaliya)
Dr. Claudio Ferrari və layihənin İtaliya Milli Tədqiqatlar Şurası “Elektronika və Maqnetizm üçün Materiallar İnstitutu”nun (CNR-IMEM) və Prama Universitetinin tədqiqatçılarından ibarət digər iştirakçıları,
partnyor ölkə- Azərbaycan tərəfindən layihənin koordinatoru, Fizika İnstitutunun aparıcı elmi işçisi, dosent, Dr. Nahidə Musayeva və layihənin digər iştirakçıları, o cümlədən layihənin nəticələrinin son
istifadəçi təşkilatı - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin əməkdaşları iştirak ediblər. Telekonfransda çıxış edən N.Musayeva
layihədə nəzərdə tutulan plan işinin yerinə yetirilməsi metodlarından və iştirakçıların - xüsusilə də gənc mütəxəssislərin layihədəki öhdəliklərindən danışıb .
Dr.Claudio Ferrari isə layihənin idarəçiliyi, qarşıda duran elmi-təşkilati işlərdən bəhs edib.
Layihə üzrə tədqiqatlara start verilib və hər ay mütəmadi olaraq bu cür hesabat konfransının keçirilməsi qərara alınıb.
|
24 Yanvar 2018
Fizika İnstitutunda 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda 20 Yanvar şəhidlərinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov açıb. O bildirib ki, Sovet Rusiyası dəfələrlə azərbaycanlılara qarşı qırğın törədib.
Bunlardan ən dəhşətlisi isə 20 Yanvar, Xocalı faciəsi olub. 80-ci illərin ikinci yarısından başlayaraq erməni separatçıları Azərbaycan torpağı olan Qarabağa ərazi iddialarını irəli
sürməyə başladılar. C.Abidinov bildirib ki, Azərbaycan və Ermənistan eyni dövlətin SSRİ-nin təkibində idi və bu Ittifaqın vəzifəsi o idi ki, Azərbaycanın ərazi bütövlüyünü qorusun.
O, Sovet Rusiyası bu funksiyanı yetərincə yerinə yetirmədiyini qeyd edib. Yanvarın 19-dan 20-ə keçən gecə xalqın etirazçı çıxışlarının qarşısını almaq və başqa millətlərin hüquqlarını
qorumaq bəhanəsi ilə Bakıya 5 istiqamətdə Rusiyanın Stavrapol və Krasnodar vilayətindən formalaşmış 60 min əsgərdən ibarət qoşun yeridilib. C.Abdinov vurğulayıb ki, fövqəlada vəziyyət
elan olunana qədər Bakıda 82 nəfər artıq qətlə yetirilmişdi. Ümumiyyətlə 20 Yanvar facicəsi zamanı 147 qətlə yetirilib, 744 nəfərə yaxın yaralanıb, 841 nəfər qanunsuz həbs olunub,
200-ə yaxın ev isə dağıdılıb. C.Abdinov 20 Yanvar hadisələrindən sonra parlament üzvləri xüsusi iclas keçirdiyini qeyd edib. Bildirib ki, hələ qanlı faciənin ertəsi günü həyatını
təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı,
ifşaedici və cəsarətli bəyanat verdi. Ümummilli lider bu hadisəni xalqa qarşı cinayət adlandırmışdı. C.Abdinov Azərbaycanın mütəqillik tarixindən danışıb və bildirib ki, artıq Azərbaycan
yalnız özünə güvənməlidir və gələcək nəsillərə də şanlı tarixini unutmamağı öyrətməlidir. Anım tədbiri Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırovanın
çıxışı ilə davam edib. O bildirib ki, 1990-cı ilin 20 yanvarında törədilən hadisələrin canlı şahidi olub. Qeyd edib ki, Azərbaycan xalqı bu hadisələr zamanı öz birliyini göstərdi.
O dövrdə xalq milli azadlıq, demokratiya Azərbaycanın müstəqilliyi uğrunda Qarabağ uğrunda birləşdi. S.Bağırova qanlı yanvar hadisələri zamanı qoşunun təkcə Bakıya deyil, Lənkəran,
Cəlilabad və Naxçıvana yeridildiyini qeyd edib. Bildirib ki, Azərbaycana qarşı yürüdülən işğalçı siyasətə baxmayaraq, dövlətimiz müstəqilliyini qoruya bilib, gün-gündən inkişaf edir.
O, şəhidlərin qanının yerdə qalmayacağına, tezliklə Qarabağın da işğaldan azad olacağına ümidvar olduğunu vurğulayıb. Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə
doktoru Qafil Dəmirov bildirib ki, 20 Yanvar hadisəsi Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. O, həmin günü törədilən vəhşikliklərdən söhbət açıb. 20 yanvar hadisələrinin
səbəbkarlarının hələ də cinayət məsuliyyətinə cəlb olunmadığnı qeyd edib. Bildirib ki, nə qədər acılı bir tarix olsa da, qanlı yanvar hadisələri Azərbaycan xalqının azadlıq iradəsini və
əzmini əzə bilmədi. Bildirib ki, bugünki müstəqillik şəhidlərin canı və qanı hesabına qazanılıb. Hər bir vətəndaşın borcu onu qorumaqdır.
Anım tədbirində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və videoçarx nümayiş olunub.
|
18 Dekabr 2017
İnstitutun 2017-ci il üçün elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Elmi Şuranın iclası keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda İnstitutun 2017-ci il üçün elmi-təşkilati fəaliyyətinə
həsr olunmuş Elmi Şuranın iclası keçirilib. İnstitutun hesabatını elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov məruzə edib. Bildirib ki,
hesabat ilində Fizika İnstitutunda ilk növbədə Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin və AMEA Rəyasət Heyətinin fərman, qərar və sərəncamlarından
irəli gələn vəzifələr yerinə yetirilib. C.Abdinov 2017-ci ildə elmi-tədqiqat işlərinin 3 istiqamətdə (kondensə olunmuş hal fizikası, optoelektronikanın
fiziki-texniki əsasları, nüvə fizikası və yüksək enerjilər fizikası) aparıldığını qeyd edib. O, İnstitutun sektor və laboratoriyalarında alınan mühüm
nəticələr haqqında məlumat verib. Bildirib ki, il ərzində elmi müəssisənin əməkdaşları 4 patent əldə etmişdir.
C. Abdinov 2017-ci ilin tətbiq planına İnstitutun 9 işinin daxil olduğunu vurğulayıb. Hesabat ilində fundamental elmlə təhsilin inteqrasiyası
istiqamətində də işlər davam etdirilib. İnstitutun 25-ə qədər alimi Bakı dövlət Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Aviasiya Akademiyası və s. universitetlərdə ixtisas fənnlərindən
mühazirələr aparıb, magistrlərin dissertasiya işlərinə rəhbərlik ediblər. Həmin təhsil müəssislərinin 30-a yaxın müəllim və professorları Fizika İnstitutunda
elmi-tədqiqat işlərinə cəlb olunublar. 2017-ci ildə məktəblilər arasında fizika fənnindən olimpiada keçirilib. Məktəblilərin İnstituta ekskursiyaları təşkil olunub.
Hesabat ilində AMEA Fizika İnstitutu ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında elmi-pedaqoji sahədə əməkdaşlığa dair müqavilə imzalanıb.
Daha sonra C.Abdinov İnstitutun elmi-təşkilati fəaliyyəti, ezamiyyətlər, Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti, yerli və beynəlxalq qrantlar haqqında məlumat verib.
|
18 Dekabr 2017
Fizika İnstitutu Həmkarlar İttifaqı Komitəsi ilə Gənc Alim və Mütəxəssislər Şurasının birgə iclası keçirilib
Noyabrın 5-də Fizika İnstitutunda Həmkarlar İttifaqı Komitəsi (HİK) ilə Gənc Alim və Mütəxəssislər
Şurasının (GAMŞ) birgə iclası keçirilib. İclası giriş sözü ilə İnsitutun HİK-nin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova açıb. O bildirib ki,
həm müdriyyət həm də HİK gənclərin problemlərini dinləməyə və onların həllində köməklik etməyə həmişə hazırdır. S.Bağırova, Akademik Həsən Abdullayevin
100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından, AMEA institutları arasında keçiriləcək II Spartakiadadan bəhs edib.
Qeyd edib ki, gənclərin bu cür tədbirlərdə fəal olması və iştirakı vacibdir. İclas Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru
Qafil Dəmirovun çıxışı ilə davam edib. Q.Dəmirov bildirib ki, İnstitutda 200 nəfərdən artıq gənc çalışır. O, Fizika İnstitutunun
AMEA-nın elmi-ictimai fəaliyyətində həmişə yaxından iştirak etdiyini qeyd edib. Vurğulayıb ki, İnstitutda gənclər üçün hər cür şərait yaradılıb.
Gənclər də öz növbəsində onlara göstərilən etimadı doğrultmalıdırlar. Daha sonra Q.Dəmirov GAMŞ-ın magistrlərlə bağlı gələcək layihələrdən bəhs edib.
|
22 Noyabr 2017
Akademik Roald Saqdeyev AMEA Fizika İnstitutunda qonaq olub
Noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda SSRİ Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının akademiki, Lenin mükafatı laureatı,
ABŞ-ın Merilend Universitetinin professoru Roald Saqdeyevlə görüş keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, vitse-prezident İbrahim Quliyev,
Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, Hafiz Paşayev iştirak ediblər. Görüşü giriş sözü ilə Fizika-Riyaziyyat və
Texnika Elmləri Bölməsinin akademik katibi, Fizika İnstitutunun direktoru akademik Nazim Məmmədov açıb. O qeyd edib ki, görkəmli akademik R.Saqdeyev bütün dünyada
tanınır və fizika elminə, xüsusən kosmik fizika sahəsinə böyük töhfələr verib. Daha sonra söz akademik Akif Əlizadəyə verilib. O, bütün AMEA əməkdaşları adından akademiki salamlayıb.
Qeyd edib ki, Azərbaycan elmində həmişə flaqman olan Fizika İnstitutunda Roald Saqdeyivlə görüşün baş tutması sevindirici haldır. Akademikin yubileyi ərəfəsində
İnstitutda belə bir görüşün keçirilməsinin təsadüfi olmadığını vurğulayan A.Əlizadə müasir dövrümüzdə də R.Saqdeyevin kəşflərinin tətbiq olunduğunu və gənc nəsil tərəfindən
öyrənildiyini bildirib. Tədbir akademik R.Saqdeyevin məruzəsi ilə davam edib. O, çıxışında elmi fəaliyyətinin bugünə qədərki formalaşma mərhələlərindən danışıb və müəllimi olmuş L.Landau,
V.Ginzburq haqqında xatirələrini bölüşüb. Çıxışının sonunda R.Saqdeyev əməkdaşlarının suallarını cavablandırıb. Daha sonra akademik İnstitutda yaradılmış şəraitlə tanış olmaq istədiyini vurğulayıb.
Noyabr 8-də R.Saqdeyev yenidən Fizika İnstitutunda qonaq olub. O, İnnovasiya sektorunda quraşdırılan maddi-texniki baza ilə tanış olub. Vurğulayıb ki, Fizika İnstitutu ən müasir cihazlarla
təchiz olunub və burada alimlərin elmi tədqiqat işləri aparması üçün yaradılmış şərait təqdirəlayiqdir.
|
16 Yanvar 2018
Fizika İnstitutunda gürcüstanlı alimlər məruzə ilə çixiş ediblər
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Gürcüstanın İlya Universitetinin professoru Avtandil Tavxelidze və Mikronano elektronika İnstitutunun professoru Z.Taliaşvilinin
iştirakı ilə seminar keçirilib. Qonaqları təqdim edən İnstitutun İnnovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov bildirib ki, seminar birgə
aparılmış tədqiqatların nəticələrinə həsr olunub. Seminar A.Tavxelidzenin ”Dövri nanoquruluşların həndəsəsi ilə şərtlənən kvant effektləri” adlı məruzəsi ilə davam edib. O, ilk olaraq
aparılmış təcrübələr haqqında məlumat verib. Bildirib ki, ölçmələrin əksəriyyəti Fizika İnstitutunda quraşdırılan cihazlarda aparılıb. A.Tavxelidze məruzəsində əldə olunan nəticələrdən
geniş bəhs edib. Daha sonra seminar Z.Taliaşvilinin “Monokristalik silisium əsaslı nanoquruluşlu səthə malik günəş elementlərinin hazırlanması” və İnstitutun direktoru,
akademik Nazim Məmmədov, direktor müavini Ayaz Bayramovun “Monokristalik silisium əsasında dövri nanoquruluşların optik xassələri ” mövzulu məruzələri ilə davam edib.
Sonda mövzular ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
|
02 Noyabr 2017-ci il tarixində
AMEA Fizika İnstitutu ilə ADNSU arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
Noyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutu ilə ADNSU arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Tədbiri giriş sözü ilə Universitetin rektoru Mustafa Babanlı açıb. İlk olaraq ADNSU-nun fəaliyyət istiqamətləri, burada tədris olunan ixtisaslar haqqında məlumat verib.
O bildirib ki, iki müəssisənin əməkdaşlığı AMEA rəhbərliyi ilə Təhsil Nazirliyinin elm və təhsilin inteqrasiyası istiqamətində gördüyü işlərdən irəli gəlir. M.Babanlı ADNSU-da maddi-texniki bazanın
zənginləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, əməkdaşlıq çərçivəsində birlikdə tədqiqatlar, kadrlar mübadiləsi
aparılacaq, yerli və xarici elmi təşkilatlarla müştərək layihələr həyata keçiriləcək. Tədbir Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədovun
çıxışı ilə davam edib. O, ADNSU-da və Fizika İnstitutunda dəfələrlə görüşlərin təşkil olunmasından, kollektiv və maddi-texniki baza ilə tanışlıqdan bəhs edib.
N.Məmmədov Universitetin aparıcı elmi müəssislərdən olduğunu və dünyada tanındığını qeyd edib. O, əməkdaşlıq çərçivəsində görülən işlərin yüksək
səviyyədə reallaşacağına ümid etdiyini bildirib. Daha sonra AMEA Fizika İnstitutu və ADNSU arasında əməkdaşlığa dair müqavilə imzalanıb. İmzalama mərasimindən sonra
Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov çıxış edib. Bildirib ki, Fizika İnstitutu ilə ADNSU arasında əməkdaşlıq, xüsusən də “Fizika”
kafedrası, energetika ixtisası üzrə əlaqələr həmişə mövcud olub. “Fizika” kafedrasının çoxlu sayda professor və dossentlərinin AMEA Fizika İnstitutunun yetirmələri olduğunu
qeyd edib. Bildirib ki, bu əməkdaşlıq elmi və pedaqoji əlaqələri genişləndirəcək və yüksək nəticələr əldə olunacaq. Tədbirdə həmçinin, Fizika İnstitutunun İnnovasiya və
Transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, ADNSU-nun “Fizika” kafedrasının müdiri, professor Musavər Musayev
və “İstilik energetikası” kafedrasının professoru Kamal Abdullayev çıxış ediblər.
02 Noyabr 2017-ci il tarixində

AMEA Fizika İnstitutun gəncləri ilin sonunu mükafatlarla başa vurublar
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamı ilə 23-25 oktyabr 2017-ci ildə AMEA-nın magistr və
doktorantları arasında “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi keçirilib. Müsabiqənin nəticələrinə əsasən Fizika İnstitutunun ikinci kurs magistri Aytən Şərifli
III yerə layiq görülüb. A.Şərifli diplomla təltif olunub. Dekabrın 28-i 2017-ci ildə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı (AMEA YT Park) Kuboku uğrunda şahmat turnirinin final mərhələsi keçirilib. Turnir ilk dəfə olaraq Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin 20 dekabr 2017-ci il tarixli 794 saylı sərəncamına əsasən keçirilib. AMEA YT Park tərəfindən təşkil olunan turnirə,
AMEA İnstitutularını təmsil edən əməkdaşlardan ibarət komandalar qatılıb. 4 gün davam edən yarışda iştirak üçün 32 əməkdaş qeydiyyatdan keçib. Final mərhələsində
1-ci, 2-ci, 3-cü, 4-cü yerlərin sahibləri bəlli olub. Turnirin nəticələrinə əsasən Fizika Institutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Sakin Cabarov IV yer tutub.
S.Cabarov fəxri fərmanla təltif olunub.

11-14 Sentyabr 2018-ci il tarixində
Fizika İnstitutunun direktoru beynəlxalq konfransda iştirak edəcək
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov 11-14 sentyabr 2018-ci ildə ICTMC-21 (International Conference on
Ternary and Multinary Compounds) beynəlxalq konfrasında iştirak edəcək. ABŞ-ın Kolorado ştatında təşkil olunacaq konfransa Yaponiya, Korea, Çin, ABŞ, Almaniya, Fransa,
Lüksemburqdan olan təmsilçilər qatılacaqlar.
27.12.2017 11:42
Azərbaycan Milli Elmlər Akademiyası 2018-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2018-ci il üçün fəlsəfə
doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.
Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər elan dərc olunduğu gündən bir ay müddətində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının
vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq institutuna (İnstitutların ünvanını AMEA-nın www.science.az saytından əldə etmək olar) təqdim olunmalıdır:
- elmi müəssisənin direktorunun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- iş yerindən xasiyyətnamə;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının
vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru
(elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq institutuna təqdim olunmalıdır:
- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adı);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı;
- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının
vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsilli (ali təhsilin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan),
müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları sənəd təqdim edə bilərlər.
Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.
Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.
Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.
Fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq institutuna təqdim olunmalıdır:
- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının
vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması əsas şərtdir.
Elmlər doktoru elmi dərəcəsi almaq məqsədilə dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq institutuna təqdim olunmalıdır:
- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi əsərlərin siyahısı ( elmlər doktoru hazırlığı üzrə );
- fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Əlavə məlumat üçün AMEA-nın Elm və Təhsil İdarəsinin doktorantura şöbəsinə müraciət etmək olar.
Əlaqə telefonları: (+994 12) 539 30 60, 492 84 48, e-mail: eti@science.az
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
10 Dekabr 2017
Hörmətli həmkarlar, müəlliflər və "AJP Fizika" jurnalının oxucuları
"AJP Fizika" jurnalının 2017 ilin dördüncü nömrəsinin çap versiyası nəşr olunmuşdur
|